Berti Foqts çempionatla bağlı proqnoz verib
03.04.2008 - 17:12
Berti Foqts çempionatla bağlı proqnoz verib
Ştutqart. Vüqar Xeyrullayev-APA-Sport. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts “Bavariya” klubunun Almaniya çempionu olacağını proqnozlaşdırıb. “APA-Sport” agentliyinin məlumatına görə, AFFA ilə müqaviləsi rəsmiləşəcəyi gözlənilən 62 yaşlı mütəxəssis Almaniya mətbuatına açıqlama verib. Lakin həmyerliləri ondan yeni iş yerini yox, Almaniya bundesliqasını təhlil etməyi xahiş edib. B.Foqts turnir cədvəlinə əsasən, Avropa kuboklarına vəsiqə qazana biləcək 7 namizədin şansını dəyərləndirib: “İkinci yerə bir nömrəli namizəd “Hamburq”dur. “Şalke” potensialına görə, onlarla mübarizə aparacaq gücdə olsa da, durum bunun çətin olacağından xəbər verir. “Bayer”in işləri düz gətirsə, üçüncü yeri tuta bilər. Amma UEFA kubokundakı uğur da onların hesabına yazıla bilər. “Verder”in layiq olduğu isə 3-cü yerdir”.
0