“Xəzər-Lənkəran” klubunun prezidentinin AFFA İcraiyyə Komitəsi üzvlüyünə namizədliyi irəli sürüləcək
03.04.2008 - 17:53
“Xəzər-Lənkəran” klubunun prezidentinin AFFA İcraiyyə Komitəsi üzvlüyünə namizədliyi irəli sürüləcək
Bakı. Aqşin Əliyev-APA-Sport. “Xəzər-Lənkəran” klubunun prezidenti Mais Mənsimov AFFA İcraiyyə Komitəsi üzvlüyünə namizəd olacaq. Bu barədə “APA-Sport” agentliyinə komandanın vitse-prezidenti Tuyqun Nadirov məlumat verib. Onun sözlərinə görə, Premyer Liqanın növbəti turundan sonra “Xəzər-Lənkəran” Peşəkar Futbol Klubu Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyətinin iclası keçiriləcək. Bu toplantıda M.Mənsimovun namizədliyi rəsmən irəli sürüləcək. Müvafiq sənədlər isə aprelin 13-dək AFFA baş katibliyinə təqdim olunacaq. İndiyədək iki nəfərin - Cahangir Hacıyev (Bakı Futbol Federasiyasının prezidenti) və Hafiz Məmmədovun (“Bakı” klubu) namizədliyi qeydiyyata alınıb.
Qeyd edək ki, aprelin 28-də keçiriləcək hesabat-seçki konfransında AFFA İcraiyyə Komitəsinin 10 yeni üzvü müəyyənləşəcək.
0