“MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku” turniri Parlamentlərarası Assambleyada müzakirə olunub
03.04.2008 - 18:19
“MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku” turniri Parlamentlərarası Assambleyada müzakirə olunub
Sankt-Peterburq. Vüqar Xeyrullayev-APA-Sport. MDB ölkələri Parlamentlərarası Assambleyasının Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən iclasında futbola da toxunulub. “APA-Sport” agentliyinin məlumatına görə, yığıncaq iştirakçıları 2008-ci ilin əvvəlində Sankt-Peterburqda keçirilmiş “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku” turniri ilə bağlı Rusiya Futbol İttifaqının (RFİ) vitse-prezidenti Nikita Simonyanın məruzəsini dinləyib. RFİ rəsmisi turnirin əhəmiyyətini və bundan sonra da yaşayacağını bildirib. Tədbirə qatılan hökumət rəsmiləri iştirakçıları və bütövlükdə turnirə dəstək verilməsi haqda qərara gəlib.
0