Ruslan Zeynalov üçüncü dəfə cəzalanıb
04.04.2008 - 10:58
Ruslan Zeynalov üçüncü dəfə cəzalanıb
Molodyojnoye. Vüqar Xeyrullayev-APA-Sport. Ukraynanın “Krımteplitsa” klubunun azərbaycanlı hücumçusu Ruslan Zeynalov cəzalanıb. “APA-Sport” agentliyinin məlumatına görə, Ukrayna çempionatının birinci dəstəsində keçirilən 23-cü turun oyunlarında 24 yaşlı futbolçunun komandası “İliçevets”ə 0:1 hesabı ilə məğlub olub. Molodyojnoye təmsilçisinin qışda transfer etdiyi R.Zeynalov ikinci dövrədə keçirdiyi 4-cü oyununda 3-cü dəfə sarı vərəqə ilə cəzalanıb. Hesabında 30 xal olan “Krımteplitsa” öz meydanında aldığı məğlubiyyətdən sonra 11-ci pillədə qərarlaşıb. Aprelin 8-də keçiriləcək növbəti turda RZeynalovun komandası “Stal”ın (Alçevsk) qonağı olacaq.
0