AFFA “Neftçi” klubunun təklifini rədd edib
04.04.2008 - 10:07
AFFA “Neftçi” klubunun təklifini rədd edib
Onun sözlərinə görə, matçın bu arenada baş tutması ilə bağlı hər iki klub razılıq verib: “Artıq bununla bağlı hər iki komandanın rəhbərliyinə məlumat vermişik. Düzdür, həmin stadionunun durumu qənaətbəxş deyil. Ancaq buna baxmayaraq, böyük azarkeş kütləsinin oyuna marağını, futbolun regionlarda inkişafını nəzərə alaraq, matçın Lənkəranda keçirilməsi haqda qərar verdik”. M.Həsənov bildirib ki, “Masallı” klubu rəhbərliyinin oyunun Lənkərandan başqa yerdə keçiriləcəyi halda, çempionatdan çıxmaqla bağlı verdiyi bəyanat onların qərarına təsir etməyib: “Bu, daha çox emosional xarakter daşıyan fikirlərdir. Qərarımızı “Masallı”ya görə yox, azarkeşlərin, futbolun marağına qəbul etmişik”.
Qeyd edək ki, “Neftçi” rəsmiləri “Masallı” ilə görüşün Lənkəran Olimpiya İdman Kompleksində keçirilməsini istəmirdilər. Buna səbəb kimi həmin stadionun öt örtüyünün bərbad vəziyyətdə olması göstərilirdi. Buna baxmayaraq, AFFA “Neftçi” klubunun da təklifini rədd edib.


0