Yozef Blatter Berti Foqtsun Azərbaycan yığmasına baş məşqçi təyin edilməsinə qarşı çıxıb
04.04.2008 - 12:08
Yozef Blatter Berti Foqtsun Azərbaycan yığmasına baş məşqçi təyin edilməsinə qarşı çıxıb
“Foqts Nigeriyada yaşamırdı. Hər dəfə deyirdi ki, futbolçular ölkə xaricində çıxış edirlər. Amma bu, mənim köhnə dostumun işinə davam etməsinə imkan vermədi”. Y.Blatter ümumiyyətlə, əcnəbi məşqçilərin milli komandalara gətirilməsinin əleyhinə çıxış edib: “Təbii ki, milli assosiasiyalar məşqçi seçimində azaddır. Onlar xaricdən gələn mütəxəssisə inanırlar. Amma mən dəvət olunan əcnəbi məşqçilərin komandaları gücləndirdiyini düşünmürəm. Təsəvvür edə bilmirəm ki, xarici mütəxəssis yerli gənc istedadları necə üzə çıxaracaq və ya tərcüməçi vasitəsilə mükəmməl ünsiyyət quracaq”.
Qeyd edək ki, AFFA B.Foqtsun müqaviləsinə ayın ən azı iki həftəsini Azərbaycanda yaşamaqla bağlı bənd daxil edib.
0