Azərbaycanın futbol məşqçiləri üçün növbəti kurs aprelin 7-də başlanacaq
04.04.2008 - 13:01
Bakı. Aqşin Əliyev-APA-Sport. Azərbaycanın futbol məşqçiləri üçün B kateqoriyalı növbəti kurs aprelin 7-də başlanacaq. Bu haqda “APA-Sport” agentliyinə AFFA-nın elmi-metodik mərkəzinin əməkdaşı Namiq Quliyev məlumat verib. İki həftə davam edəcək kursda 25 məşqçinin iştirakı nəzərdə tutulub. Premyer Liqa və birinci divizion klublarında fəaliyyət göstərən çalışdırıcılara “Şəfa” stadionunda həm nəzəri, həm də praktiki məşğələlər keçiləcək. Məşqçilər AFFA-nın elmi-metodik mərkəzinin əməkdaşlarından dərs alacaqlar. B kateqoriyalı lisenziya almaq istəyənlər yayda imtahandan verəcəklər.
Qeyd edək ki, öncə kursun martın 4-də start götürməsi planlaşdırılmışdı. Lakin almaniyalı məşqçilərin Premyer Liqada mübarizə aparan klubların nəzdində fəaliyyət göstərən uşaq komandalarında seminar keçmələri kursun təxirə salınmasına səbəb olmuşdu.

0
0