Anatoli Demyanenko: “Lənkərandakı meydanda yaxşı oyun göstərmək olmaz”
04.04.2008 - 13:03
Anatoli Demyanenko: “Lənkərandakı meydanda yaxşı oyun göstərmək olmaz”
Buna baxmayaraq, A.Demyanenko sabah səfərdə qarşılaşacaqları rəqibin oyunlarını izləməyə ehtiyac duymayıb: “Təbii ki, qələbə seriyasını davam etdirmək fikrindəyik. Kim bunu istəməz ki? “Masallı”nın oyununu görməmişəm. Komandamızın məşqçilərinin fikirlərinə əsasən, rəqib haqda təsəvvürüm var”. Tarixində üçüncü dəfə Lənkəran Olimpiya İdman kompleksinin meydanına çıxacaq “Neftçi”nin baş məşqçisini narahat edən məhz ot örtüyünün bərbad durumudur. A.Demyanenkoyadək bu arenada “Xəzər-Lənkəran”ı iki dəfə 1:0 hesabı ilə üstələyən flaqmanı bu dəfə “Masallı” ilə ağır oyun gözləyir: “Ağır oyun olacaq. Çünki meydan çox pis vəziyyətdədir. Özüm hələ ki, stadionu görməmişəm. Hazırda Lənkərana gedirik. Bildiyimə görə, belə meydanda yaxşı oyun göstərmək olmaz. Bu səbəbdən əsasən mübarizəyə köklənirik”.
0
DİGƏR XƏBƏRLƏR
Loading...