Anatoli Tebloyev: “Xəzər-Lənkəran”la çempionat və kubok oyunlarının bizim üçün fərqi yoxdur”
04.04.2008 - 13:59
Anatoli Tebloyev: “Xəzər-Lənkəran”la çempionat və kubok oyunlarının bizim üçün fərqi yoxdur”
Qəbələ. Vüqar Xeyrullayev-APA-Sport. “Ağasəlim Mircavadovla qarşılaşmaq mənim üçün xoş olacaq. Əvvəl çalışdığım insanlarla görüşmək məndə müsbət hisslər oyadır. Hər hansı başqa impulsdan söhbət gedə bilməz”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Qəbələ” klubunun futbolçusu Anatoli Tebloyev deyib. 3 il əvvəl Ağasəlim Mircavadovun rəhbərliyi altında “Neftçi” klubunda ölkə çempionu olan rusiyalı sabiq məşqçisinin yaratdığı komanda haqda yüksək fikirdədir: “Xəzər-Lənkəran” hücum futboluna üstünlük verən komandadır. Xüsusilə, cinahları güclü və sürətlidir. Topu özlərində saxlamağa, ötürmələrə üstünlük verirlər”. Azərbaycan Premyer Liqasının 20-ci turunda “Xəzər-Lənkəran”ı qəbul edəcək “Qəbələ” ölkə kubokunun yarımfinalında da cənublularla görüşəcək. 35 yaşlı müdafiəçi lənkəranlılarla bütün oyunlarda maksimum nəticə üçün oynayacaqlarını düşünür: “Oyunun maraqlı keçəcəyinə əminəm. Çalışacağıq ki, başabaş mübarizə aparaq. Bunun necə alınacağı isə oyundan sonra bilinəcək. “Xəzər-Lənkəran”la çempionat və kubok oyunlarının bizim üçün fərqi yoxdur. Hər birinə eyni dərəcədə köklənirik”.
0