Saşa Yunisoğlu niyə oynamır?
05.04.2008 - 10:46
Saşa Yunisoğlu niyə oynamır?
Zabje. Vüqar Xeyrullayev-APA-Sport. Azərbaycan yığmasının müdafiəçisi Saşa Yunisoğlu Polşa çempionatının növbəti turunda da meydana çıxmayıb. “APA-Sport” agentliyinin məlumatına görə, 23 yaşlı müdafiəçinin çıxış etdiyi “Qrotslin” klubu 24-cü turun ilk matçında “Qurnik”ə (Zabje) qalib gələ bilməyib – 0:0. Turun bu gün və sabah keçiriləcək oyunlarının nəticələrindən asılı olmayaraq hesabında 49 xalı olan S.Yunisoğlunun komandası 3-cü pillədə qalacaq. “Qrotslin” ölkə çempionatının güclülər dəstəsində növbəti oyununu aprelin 13-də keçirəcək. Baş məşqçi Yatsek Jelinskinin komandası “Zaqlebiye” (Lubin) klubunu öz meydanında qəbul edəcək.
0