Berti Foqtsun Azərbaycan yığmasında köməkçisi Uli Ştayn olacaq
05.04.2008 - 11:52
1983-cü ildə “Hamburq”la Çempionlar Kubokunu qazanan qapıçı iki dəfə ölkə çempionluğunu və Almaniya kubokuna da sahib çıxıb. Milli komandada cəmi 6 oyun keçirməsinə baxmayaraq, dünya çempionatının gümüş mükafatçısıdır. 1986-cı ildə Meksikada keçirilən birincilikdə məşhur Harald Şumaherin əvəzedicisi olan U.Ştayn komandası ilə birlikdə finalda Dieqo Maradonanın çempionluğa daşıdığı Argentinaya məğlub olub. O, B.Foqtsla birgə Nigeriya milli komandasında qapıçılarla işləyən məşqçi olub. Tez-tez meydandan qovulması ilə seçilən U.Ştayn futbolçu karyerasını 50 yaşında bitirməsi ilə diqqət çəkir. 43 yaşında peşəkar karyerasını bitirmək qərarına gələn qapıçı iki ildən sonra yenidən yaşıl meydana qayıdır. Belə ki, U.Ştayn 1999-2004 illər aralığında çalışdığı klublarda qapıçılara nümunə göstərmək üçün 5 dəfə meydana çıxıb. Mütəxəssis qapıçı kimi son 3 oyununu 2003/04 mövsümündə “Fişte Bilefeld” klubunda keçirib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0