“Turan” 565 gündən sonra böyük hesabla qalib gəlib
07.04.2008 - 10:23
“Turan” 565 gündən sonra böyük hesabla qalib gəlib
Bakı. Vüqar Xeyrullayev-APA-Sport. Tovuzun “Turan” klubu 565 gündən sonra böyük hesablı qələbə qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, aprelin 5-də ABN klubunu 3:0 hesabı ilə məğlub edən qərblilər son dəfə ötən mövsüm belə qələbəyə sevinmişdi. 2006-cı il sentyabrın 18-də “Gənclərbirliyi”ni 4:1 hesabı ilə məğlub edən “Turan” həmin qarşılaşmadan sonra ən yaxşı halda, iki top fərqi ilə qələbə qazanıb. Azərbaycan Premyer Liqasında bütün çempionatların iştirakçısı olan 3 komandadan biri olan tovuzlular son qələbəsini də Sumqayıt təmsilçisi üzərində qazanıb. Ötən il oktyabrın 27-də “Gənclərbirliyi”ni 2:0 hesabı ilə məğlub edən “Turan” Premyer Liqada 160 günlük və 9 oyunluq qələbəsizliyə də son qoyub. ABN üzərində qələbə həm də komandanın 2003/04 mövsümündəki antirekordun təkrarlanmasına əngəl olub. Belə ki, “Turan” yalnız bir mövsümdə Premyer Liqada böyük hesablı qələbə qazanmayıb.
Qeyd edək ki, tovuzlular ölkə çempionatı tarixində 48 dəfə 3 və daha çox top fərqi ilə qalib gəlib.
0
DİGƏR XƏBƏRLƏR
Loading...