Azərbaycan hakimi Avropa çempionatında iştirak edə bilər
14.04.2008 - 12:50
Azərbaycan hakimi Avropa çempionatında iştirak edə bilər
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycanlı hakim Mehman Mahmudov futbol üzrə Avropa çempionatının final mərhələsində iştirak edə bilər. “APA-Sport” agentliyinin məlumatına görə, 17 yaşlılar arasında qitə birinciliyinin Türkiyədə keçiriləcək həlledici oyunlarına yan xətt hakimimiz də dəvət olunub. Mayın 4-dən 16-dək keçiriləcək yarışda ölkəmizi təmsil etmək üçün M.Mahmudov normativləri verməlidir. Belə ki, mayın 1-3 aralığında UEFA tərəfindən götürüləcək normativləri uğurla verən hakimlər qitə birinciliyinin oyunlarına buraxılacaq. Final mərhələsində meydan sahibləri ilə yanaşı, Serbiya, İrlandiya, İspaniya, Hollandiya, Fransa, Şotlandiya və İsveçrə də mübarizə aparacaq. Digər Azərbaycan hakimi Babək Quliyev isə mayın 6-8-də İsveçrənin Nyon şəhərində keçiriləcək seminara dəvət olunub.
0