“Bakı” 3 ildir “Xəzər-Lənkəran”ı məğlub edə bilmir
01.05.2008 - 13:12
“Bakı” 3 ildir “Xəzər-Lənkəran”ı məğlub edə bilmir
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. “Bakı” klubu son üç ildə Azərbaycan Premyer Liqasının oyunlarında “Xəzər-Lənkəran”ı məğlub edə bilmir. “APA-Sport” agentliyinin məlumatına görə, bakılılar son dəfə 2005-ci il avqustun 2-də keçirilən görüşdə Lənkəran təmsilçisini üstələyiblər. Bundan başqa, ötən il “Bakı” rəqibini səfərdə bir cavabsız qolla məğlub edib. Amma bu qarşılaşma ölkə kuboku uğrunda yarışa təsadüf edib. Kubokun nəticələrini nəzərə almasaq, son üç ildə komandalar arasında baş tutan 4 oyunun birində “Xəzər-Lənkəran” qalib gəlib, üç dəfə isə heç-heçə qeydə alınıb. Mayın 4-də Premyer Liqanın 23-cü turunda qarşılaşacaq “Xəzər-Lənkəran”la “Bakı” ümumilikdə 10-cu, o cümlədən çempionatda 8-ci dəfə üz-üzə gələcək. Lənkəranlıların meydanında keçirilən matçlar heç-heçə başa çatmayıb.
Qeyd edək ki, “Bakı” 2005/06, “Xəzər-Lənkəran” isə sonuncu mövsümünün ölkə çempionudur.

“Bakı” – “Xəzər-Lənkəran”: bütün oyunlar

mövsüm

“Bakı”nın meydanında

“Xəzər-Lənkəran”ın meydanında

2004/05

2:0

0:2

2005/06

1:1

1:0

2006/07

0:0

0:1

2007/08

2:2

0