“Neftçi” klubunun futbolçusu “Baltika kuboku”nda çıxış edəcək
07.05.2008 - 12:23
“Neftçi” klubunun futbolçusu “Baltika kuboku”nda çıxış edəcək
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Bakının “Neftçi” klubunun yarımmüdafiəçisi Dmitri Kruqlov Estoniya milli komandasına dəvət olunub. “APA-SPort” agentliyinin məlumatına görə, 23 yaşlı futbolçu mayın 26-dan iyunun 4-dək yığmanın düşərgəsində olacaq. D.Kruqlov bu müddətdə Estoniyanın keçirəcəyi 4 qarşılaşmada iştirak edə bilər. Estoniyalılar mayın 27-də Gürcüstanla, iyunun 4-də isə Farer adaları ilə yoldaşlıq matçı oynayacaqlar. Mayın 30-da Latviya, ertəsi günü isə Litvaya qarşı keçiriləcək görüşlər isə “Baltika kuboku” çərçivəsində olacaq. Bu, yarımmüdafiəçinin mayın 28-də Azərbaycan Premyer Liqasının son turunda “Neftçi” - ABN görüşündə forma geyinməsinə imkan vermir.
Qeyd edək ki, D.Kruqlov flaqmanın üzvü kimi Estoniya yığmasının heyətində ilk matçını bu il martın 26-da Kanadaya qarşı keçirib.
0