Azərbaycanda regional milli komandalar yaradılacaq
12.05.2008 - 14:44
Azərbaycanda regional milli komandalar yaradılacaq
Bakı. Vüqar Xeyrullayev-APA-Sport. Azərbaycanın 21 və 17 yaşlılardan ibarət milli komandalarının almaniyalı baş məşqçisi Bernard Lippert yeni təkliflə çıxış edib. “APA-Sport” agentliyinin məlumatına görə, aşağı yaş qruplarından ibarət yığma komandaların texniki direktoru millinin formalaşdırılması üçün seleksiya işinin asanlaşdırılması yolunun tərəfdarıdır. Bu təklifin həyata keçməsindən sonra milli məşqçisi seleksiya işini bölgələri gəzməklə yox, paytaxtda keçirilən matçları izləməklə apara biləcək. Almaniyalının təklifi ilə regional futbol federasiyalarının hər birində 15 yaşlı futbolçulardan ibarət yığma komanda yaradılacaq ki, onlar arasında Bakıda yoxlama matçları təşkil olunacaq. Seleksiya işlərinin bu yöndə aparılması bölgələrdə olan istedadlı uşaqların üzə çıxarılması, milli komandalara cəlb olunaraq, peşəkarlığını artırmaq üçün daha yaxşı şəraitin yaradılması məqsədi daşıyır.
Qeyd edək ki, yeni yaradılan U-15-lər arasında yoxlama oyunları müntəzəm keçiriləcək və daha aşağı yaş qruplarını da əhatə edəcək.
0