Türkiyə Futbol Federasiyası: Azərbaycan “Qalatasaray” - “Kayserispor” matçına ev sahibliyi etməyə ən real namizəddir
14.05.2008 - 17:51
Türkiyə Futbol Federasiyası: Azərbaycan “Qalatasaray” - “Kayserispor” matçına ev sahibliyi etməyə ən real namizəddir
Bu sözləri “APA-Sport” agentliyinin Türkiyə bürosuna açıqlamasında Türkiyə Futbol Federasiyasının xarici əlaqələr üzrə koordinatoru Sami Çölgeçen deyib. Federasiya rəsmisi bildirib ki, hazırda bu oyunla bağlı lazımi tədbirlər görülür: “Bu ideyanı Türkiyə Futbol Federasiyasının prezidenti Hasan Doğan irəli sürüb. Yəni təklif kifayət qədər ciddidir. Görüşü təşkil etmək üçün bir neçə ölkə namizəddir ki, bunlardan da Azərbaycan öndə gedir”. S. Çölgeçen onu da əlavə edib ki, Superkubok uğrunda oyunun hansı ölkədə təşkil ediləcəyi mayın sonlarında müəyyənləşəcək.
0