“Xəzər-Lənkəran”ın braziliyalı legioneri Almaniyaya gedib
15.05.2008 - 18:03
“Xəzər-Lənkəran”ın braziliyalı legioneri Almaniyaya gedib
Lənkəran. Mehman Süleymanov - APA-Sport. “Xəzər-Lənkəran”ın braziliyalı legioneri Mario Souza Azərbaycanı tərk edib. “APA-Sport” agentliyinin məlumatına görə, Almaniyaya yollanan 31 yaşlı futbolçu Münhendə həkim müayinəsindən keçəcək. Azərbaycan Premyer Liqasının son turunda “Neftçi” ilə oyunda zədələnərək, meydanı tərk edən braziliyalının qasıq nahiyəsində problemin ciddi olduğu müəyyən edilib. Belə olan halda, mövsümün son üç görüşündə iştirakı sual altına düşən M.Souza qısa müddətdə sıraya dönmək üçün Almaniyaya göndərilib. Klub rəhbərliyi və həkim korpusunun birgə qərarına əsasən, braziliyalı yarımmüdafiəçi Münhendəki klinikada yenidən müayinə olacaq. Məhz bundan sonra M.Souzanın nə vaxt oynayacağına aydınlıq gələcək.
0