Azərbaycan “Qalatasaray” – “Kayserispor” matçının Bakıda keçirilməsinə razılıq verməyib
16.05.2008 - 09:32
Azərbaycan “Qalatasaray” – “Kayserispor” matçının Bakıda keçirilməsinə razılıq verməyib
Bu haqda “APA-Sport” agentliyinə əvvəlcədən oyunun təşkili üçün nəzərdə tutulmuş Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov məlumat verib. Onun sözlərinə görə, səbəb kimi stadionda aparılacaq təmir işləri göstərilib: “Mayın 25-də köhnə tablo sökülərək, Cənubi Koreyadan gətiriləcək müasiri ilə əvəzlənəcək. Həm də yaxın müddətdə qaçış cığırının da dəyişdirilməsinə başlanılacaq. Əvvəlcə elə bilirdik ki, bu proses qısa müddəti əhatə edəcək. Amma işləri aparacaq şirkətlə danışarkən, qaçış cığırının dəyişdirilməsinin oktyabradək davam edəcəyini bildirdilər. Ona görə də dünən axşam AFFA rəhbərliyi ilə danışıqlardan sonra oyunun bu il keçirilməsinin qeyri-mümkünlüyü haqda qərar qəbul etdik”. A.İsmayılov Superkubok oyununu gələn il təşkil etməyə hazır olduqlarını və bu haqda Türkiyə Futbol Federasiyasını məlumatlandıracaqlarını vurğulayıb.
0