“Neftçi” rəhbərliyi UEFA kubokunun sahibi “Zenit” klubunu təbrik edib
16.05.2008 - 09:52
“Neftçi” rəhbərliyi UEFA kubokunun sahibi “Zenit” klubunu təbrik edib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Neftçi” rəsmiləri Rusiyanın “Zenit” klubuna məktub göndərib. “APA-Sport” agentliyinin məlumatına görə, Sankt-Peterburq təmsilçisinin UEFA kubokunun finalında qələbə qazanmasına bakılılar da biganə qalmayıblar. “Zenit”in sevincinə şərik olan “Neftçi” tərəfindən Rusiya klubunun prezidenti Aleksandr Dyukovun adına təbrik məktubu ünvanlanıb: “Klubumuzun rəhbərliyi, texniki işçiləri və futbolçuları adından Sizi, klub rəhbərliyini, baş məşqçi Dik Advokatı, bütün futbolçuları və texniki heyəti UEFA kubokunu qazanmağınız münasibətilə təbrik edirik! Sizə UEFA superkuboku, Rusiya çempionatı və kuboku, həmçinin Çempionlar Liqasında da analoji uğurlar arzulayırıq”.
0