“Olimpik” sabah tarixində ilk dəfə Azərbaycan çempionu ola bilər
16.05.2008 - 09:29
“Olimpik” sabah tarixində ilk dəfə Azərbaycan çempionu ola bilər
Əsgər Abdullayevin komandası ölkə kubokunu da nəzərə alsaq, “Xəzər-Lənkəran”la səfər matçlarında həmişə uduzub. Cənublular isə öz stadionunda indiyədək heç vaxt məğlub olmayıb. “Olimpik” bir xal qazanmaqla, rəqiblərindən daha birini sıradan çıxaracaq. Belə ki, Lənkəranda heç-heçə qeydə alınsa, “Neftçi”nin çempionluq şansı tamamilə itəcək. Belə olan halda, “İnter” “Gənclərbirliyi”ni məğlub etməklə, qızıl medallar uğrunda mübarizəni son turadək davam etdirəcək. “Xəzər-Lənkəran”ın “Olimpik”i yenməsi, mükafatlar uğrunda mübarizədə vacibdir. Əks təqdirdə, Ağasəlim Mircavadovun komandası gümüş və bürünc medal da qazana bilməyəcək. Bu, “İnter”lə “Neftçi”nin qarşıdakı turda qələbə qazanacaqları halda, reallaşacaq. Qarşıdakı turda Premyer Liqanı tərk edən komandalarla da bağlı bəzi mətləblərə də aydınlıq gəlməlidir. “Turan” “Gənclərbirliyi” klubundan çox xal qazanmaqla, növbəti mövsümdə də güclülər dəstəsində çıxış edəcək. Premyer Liqanın debütantı Bərdəni ABN klubu isə “Bakı”nı məğlub etməyəcəyi halda, yenidən birinci divizionunda oynayacaq.

17 may

ABN – Bakı

Baş hakim: Əfqan Həmzəyev
Bərdə. Şəhər stadionu
İlk dövrədəki oyun – 0:0

“Qarabağ” – “Neftçi”
Baş hakim: Babək Quliyev
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
İlk dövrədəki oyun – 0:0

“Xəzər-Lənkəran” – “Olimpik”
Baş hakim: Vüsal Əliyev
Lənkəran. Şəhər stadionu
İlk dövrədəki oyun – 0:0

18 may

“Gənclərbirliyi” – “İnter”

Baş hakim: Ceyhun Haşımov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
İlk dövrədəki oyun – 0:3

“Karvan” – “Simurq”
Baş hakim: Zöhrab Qədiyev
Yevlax. Şəhər stadionu
İlk dövrədəki oyun – 1:0

“Qəbələ” – “Masallı”
Baş hakim: Anar Niyazov
Qəbələ. Şəhər stadionu
İlk dövrədəki oyun – 0:1

“Turan” – “Standard”
Baş hakim: İmanxan Sultani
Tovuz. Şəhər stadionu
İlk dövrədəki oyun – 1:1

Turnir cədvəli

Klub

o

q

h

m

t

x

1

Olimpik

24

17

6

1

29-6

57

2

İnter

24

16

4

4

48-18

52

3

Neftçi

24

15

6

3

39-18

51

4

Xəzər-Lənkəran

24

14

8

2

43-15

50

5

Qarabağ

24

10

7

7

24-16

37

6

Qəbələ

24

11

2

11

32-31

35

7

Simurq

24

9

7

8

29-23

34

8

Bakı

24

7

10

7

29-24

31

9

Masallı

24

7

5

12

25-38

26

10

Standard

24

6

8

10

31-24

26

11

Karvan

24

6

4

14

21-31

22

12

Turan

24

4

5

15

19-45

17

13

Gənclərbirliyi

24

4

2

18

19-62

14

14

ABN

24

2

6

16

12-49

12



Bombardirlər: Xaqani Məmmədov (“İnter”) – 17, Branimir Subaşiç (“Neftçi”) - 14, Junivan Suares (“Olimpik”) - 11.
0