“Qarabağ” 999 gündür “Neftçi”yə qol vura bilmir
16.05.2008 - 11:59
“Qarabağ” 999 gündür “Neftçi”yə qol vura bilmir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Ağdamın “Qarabağ” klubu Azərbaycan Premyer Liqasının qarşıdakı turunda rəqibi olacaq “Neftçi” ilə oyunlarda 999 gündür qol vura bilmir. “APA-Sport” agentliyinin məlumatına görə, ağdamlılar ölkə çempionatı çərçivəsində son 4 matçda flaqmanı məyus edə bilməyib. 2005-ci avqustun 22-də “Neftçi” ilə 2:2 hesablı heç-heçə edən “Qarabağ” son qolunu həmin qarşılaşmada vurub. Bakılıları məyus edən sonuncu futbolçu sonradan ağdamlıların imtina etdiyi Ukrayna yığma komandasının yarımmüdafiəçisi Sergey Kravçenko olub. O, üç il əvvəlki matçın 53-cü dəqiqəsində fərqlənib ki, növbəti 413 dəqiqədə uğuru təkrarlanmayıb.
Qeyd edək ki, XXV turda görüşəcək rəqiblər Premyer Liqa tarixində 31 dəfə üz-üzə gəlib. “Neftçi” 10, “Qarabağ” 7 dəfə qələbə qazanıb. Daha 14 görüşün heç-heçə bitdiyi qarşılaşmaların top fərqi də bakılıların xeyrinədir – 35:25.

“Neftçi” – “Qarabağ”: bütün oyunlar

mövsüm

“Neftçi”nin meydanında

“Qarabağ”ın meydanında

Neytral meydanda

1992

1:1

1:2

1993/94

1:1

0:1

1994/95

3:2

0:0

1995/96

2:2

1:1

2:2, 2:1

1996/97

0:0

1:2

1997/98

1:1

0:1

1998/99

0:0, 0:0

0:1, 0:1

1999/2000

2:0

1:1

2000/01

+:-

4:0

2003/04

2:0

3:1

2004/05

1:0

1:2

2005/06

2:0

2:2

2006/07

0:0

2:0

2007/08

0:0

0