Yojef Sabo “Turan” klubunun sabiq futbolçusu haqda danışdı
16.05.2008 - 12:52
Yojef Sabo “Turan” klubunun sabiq futbolçusu haqda danışdı
Kiyev. Mehman Süleymanov - APA-Sport. “Skaçenko qiymətli futbolçu olub. O, Maksim Şatskix kimi çox işgüzar idi. Zəif texnikası olsa da, qaçır, əlverişli vəziyyət tapır və qol vururdu. Belə futbolçulara hörmət edirəm. Skaçenko da meydanda olduğu vaxt daim axtarışda olur, başla əla oynayırdı”. “APA-Sport” agentliyinin məlumatına görə, bunu Ukrayna yığmasının və Kiyev “Dinamo”sunun sabiq baş məşqçisi Yojef Sabo vaxtilə Tovuzun “Turan” klubunun da şərəfini qorumuş Sergey Skaçenko haqda deyib. Ukraynalı mütəxəssis rəhbərliyi altında oynadığı 35 yaşlı hücumçuya görə Valeri Lobanovskiyə qarşı çıxdığını bildirib: “Lobanovski milli komandamızın Rusiya ilə Kiyevdəki görüşündə Skaçenkonu oynatmamağı desə də, bunun əksini etdim. Sergey də həmin matçda əsas heyətdə meydana çıxıb, bir qol vurdu, bir məhsuldar etdi. Lobanovski sonradan çiynimi sıxaraq, duyumunun yaxşı olduğunu qiymətləndirdi”. Həmyerlisi ilə bağlı problemlərlə haqda da danışan Y.Sabo futbolçunun içkiyə meylli olduğunu gizlətməyib: “Skaçenko bir müddətə yoxa çıxdığı zamanı komandamızın inzibatçısını onu axtarmağa yolladıq. O, Sergeyi evin qapısının yanında yatan yerdə tapmışdı. Futbolçu evindən çıxan zamanı qapı bağlandığı, açarı götürməyi unutduğundan, içəri daxil ola bilməyib. İçkili Sergey qapının yanında yatıb qalmışdı. Skaçenko bu xoşagəlməz olaydan sonra “Dinamo”dan getdi. Mən də sərxoşların mənim üçün mövcud olmadığını dedim. Belə adamlar özlərini idarə edə bilmirlər”.
Qeyd edək ki, S.Skaçenko 2004/05 mövsümündə “Turan”ın heyətində 20 oyunda 4 qol vurub.
0