Berti Foqts Azərbaycan yığmasında köməkçilərinin adlarını açıqlayıb
16.05.2008 - 14:00
Berti Foqts Azərbaycan yığmasında köməkçilərinin adlarını açıqlayıb
Bunlar Yurgen Qede, Uli Ştayn və Frenki Bennerdir. Y.Qede B.Foqtsun əsas köməkçisi, U.Ştayn qapıçılarla işləyən məşqçi, F.Benner isə fizioterapevt olacaq. Almaniyalının köməkçiləri arasında üç azərbaycanlı da var. Belə ki, Elxan Abdullayev də B.Foqtsun əsas köməkçisi, Faiq Əzizov qapıçılarla işləyən, Nazim Süleymanov isə seleksiyaçı-məşqçi olacaq. Şahin Diniyevin dönəmində millidə seleksiyaçı-məşqçi işinə başlayan N.Süleymanov onun gedişindən sonra baş məşqçi əvəzi də olub. Faiq Əzizov ötən seçmə mərhələdə yığmada qapıçılarla çalışıb. Bakının “İnter” klubunun 38 yaşlı məşqçisi Elxan Abdullayev isə yenidən əcnəbi mütəxəssislə çalışacaq. Belə ki, E.Abdullayev braziliyalı Karlos Alberto Torresin vaxtında iki ilə yaxın əsas yığmada köməkçi məşqçi olub.
0