Aftandil Hacıyev Türkiyəyə əməliyyat olunmağa yollanıb
16.05.2008 - 15:06
Aftandil Hacıyev Türkiyəyə əməliyyat olunmağa yollanıb
Bakı. Mehman Süleymanov - APA-Sport. Ağdamın “Qarabağ” klubunun müdafiəçisi Aftandil Hacıyev üçün mövsüm başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandasının da şərəfini qoruyan 27 yaşlı futbolçunun zədə problemi var. Bununla bağlı Türkiyəyə yollanan A.Hacıyev İstanbulda cərrahiyyə əməliyyatı olunacaq. Qasıq nahiyəsindən ciddi xəsarət alan müdafiəçi bu səbəbdən mövsümü vaxtından əvvəl başa vurmaq məcburiyyətində qalıb. “Qarabağ”ın “Neftçi” ilə sabahkı oyunda arxa xətlə bağlı problemləri bununla bitmir. Belə ki, komandanın kapitanı Aslan Kərimovla daha bir müdafiəçisi Hüseyn İsgəndərov da zədəyə səbəbindən kənarda qalıb. Ağdam klubunun hücumçularından Kənan Kərimov, Murad Ağakişiyev və nigeriyalı Viktor İbekoyinin isə yüngül zədələri var.
0