Berti Foqts milli komandaya “Neftçi” klubundan 6 futbolçu çağırıb
20.05.2008 - 18:28
Berti Foqts milli komandaya “Neftçi” klubundan 6 futbolçu çağırıb
“APA-Sport” agentliyinin məlumatına görə, almaniyalı mütəxəssis Bosniya və Herseqovina, həmçinin Andorra ilə səfərdə keçiriləcək beynəlxalq yoldaşlıq görüşlərində 51 yaşlı həkimin komandada olmasının tərəfdarıdır. Millinin bu il keçirdiyi hər iki yoldaşlıq matçında da yığmada olan T.Qasımovla yanaşı, “Neftçi”nin daha 6 üzvü B.Foqtsdan dəvət alıb. Litva ilə Vilnüsdə keçirilən görüşə flaqmandan yığmaya dəvət olunan oyunçular - Zaur Tağızadə, Rəşad Sadıqov, Branimir Subaşiç, Aleksandr Çertoqanov, Rail Məlikov və Elnur Allahverdiyev qarşıdakı səfər oyunlarına da çağırılıb.
0