“Xəzər-Lənkəran” Agasəlim Mircavadovun rəhbərliyi altında 50-ci qələbəsini qazanıb
25.05.2008 - 11:37
“Xəzər-Lənkəran” Agasəlim Mircavadovun rəhbərliyi altında 50-ci qələbəsini qazanıb
“Xəzər-Lənkəran”ın baş məşqçisi kimi dördüncü titulunu qazanan 61 yaşlı mütəxəssis ardıcıl ikinci dəfə Azərbaycan kubokunun sahibi olan komandasının başqa yolunun olmadığını bildirib: “Çox ciddi hazırlaşmışdıq. Başqa yolumuz yox idi. Mütləq qələbə qazanmalı idik. Çətinliklə də olsa buna nail ola bildik. Həm biz, həm də “İnter” yaxşı oyun göstərməklə stadiona toplaşan azarkeşlərin sevindirdi”. Qeyd edək ki, A. Mircavadov Lənkəran təmsilçisini baş məşqçi kimi 75-ci dəfə meydana çıxararaq 50-ci qələbəsinə sevinib. “Xəzər-Lənkəran” mütəxəssisin rəhbərliyi altında 17 heç-heçə edib və 8 dəfə məğlub olub.





0