“Neftçi” klubunun İntertoto kubokundakı rəqibi 99 ildir titul qazanmır
29.05.2008 - 10:52
“Neftçi” klubunun İntertoto kubokundakı rəqibi 99 ildir titul qazanmır
1909-cu ildə yaranan “Nitra”nın ciddi uğurları olmayıb. Slovakiya çempionatları tarixində ən yaxşı halda 5-ci yeri tutan komanda bu il yeni rekordunu müəyyənləşdirib. Çexoslovakiya dönəmində komanda 46 il əvvəlki gümüş medalı ilə öyünə bilər. “Neftçi”dən fərqli, “Nitra” tarixində cəmi iki dəfə qitə kuboklarında çıxış edib.

1989/90 UEFA kuboku

“Köln” (AFR) – “Nitra” 4:1, 1:0

2006/07

“Nitra” – “Qrevenmaher” (Lüksemburq) 6:2, 6:0

“Nitra” – “Dnepr” (Ukrayna) 2:1, 0:2

İyunun 21-də və ya 22-də T.Bəhramov adına Respublika stadionunda “Nitra”nı qəbul edəcək “Neftçi” bir həftədən sonra səfərdə çıxış edəcək. Bakılılar ikinci mərhələdə Belçikanın “Jerminal”, üçüncü mərhələdə bir il əvvəl yoxlama oyununda 2:3 hesabı ilə uduzduğu “Vasluy” (Runıniya) ilə görüşə bilər.
Qeyd edək ki, “Nitra”nın baş məşqçisi Çexoslovakiya və Çexiya milli komandalarında üst-üstə 31 oyuna 1 qol vuran, karyerası ərzində “Siqma” (Çexiya), “Bayer” (Almaniya), “Tenerife” (İspaniya) klublarında çıxış edən 39 yaşlı Pavel Hapal əvvəllər vətənində “Banik”i çalışdırıb.
0