“Nitra” - “Neftçi” görüşünün vaxtı dəqiqləşib
06.06.2008 - 18:09
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubunun İntertoto kubokunda keçirəcəyi cavab oyununun vaxtı dəqiqləşib. “APA-Sport” agentliyinin məlumatına görə, Slovakiyanın “Nitra” komandası ilə səfərdə keçiriləcək görüş iyunun 28-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu matç meydan sahiblərinin eyniadlı arenasında baş tutacaq ki, “Nitra” stadionu 10020 tamaşaçı tutur. Məhz bu stadionda keçiriləcək görüşdən sonra İntertoto kubokunun ikinci mərhələsində Belçikanın “Jerminal” klubu ilə qarşılaşacaq komandanın adı rəsmiləşəcək.
Qeyd edək ki, “Neftçi” ilə “Nitra” arasındakı ilk görüş iyunun 21-də saat 21:00-da T.Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qeyd edək ki, “Neftçi” ilə “Nitra” arasındakı ilk görüş iyunun 21-də saat 21:00-da T.Bəhramov adına Respublika stadionunda keçiriləcək.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0