Azərbaycanda yay transfer dövrü 84 gün davam edəcək
09.06.2008 - 14:29
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycanda futbol üzrə 2008/09 mövsümü üçün “transfer pəncərəsi” açılıb. “APA-Sport” agentliyinin məlumatına görə, yay transfer dövrünə iyunun 7-dən start verilib. Premyer Liqa klublarının yeni transferlər üçün 84 gün vaxtı var. “Neftçi” ilk olaraq iştirak ərizəsini AFFA-ya təqdim edəcək ki, bu da komandanın 12 gün sonra startı veriləcək İntertoto kubokunda iştirak etməsi ilə bağlıdır. Flaqman ilkin iştirak ərizəsini AFFA-nın vasitəsilə UEFA-ya göndərəcək. Klublarımızın yeni futbolçuların keçidi üçün son gün avqustun 30-u nəzərdə tutulub. Avropada yay “transfer pəncərəsi” avqustun 31-də başa çatdığı halda, Azərbaycanda bu bir gün tez yekunlaşacaq.
Qeyd edək ki, Premyer Liqada yeni mövsümün avqustun ilk günlərində start verilməsi planlaşdırılıb.
Qeyd edək ki, Premyer Liqada yeni mövsümün avqustun ilk günlərində start verilməsi planlaşdırılıb.
0
0