Artur Ziko “Fənərbaxça” klubunun baş məşqçisi postundan istefa verib
10.06.2008 - 15:56
İstanbul. Elşən Məmmədov - APA-Sport. Artur Ziko Türkiyənin “Fənərbaxça” klubunun baş məşqçi postundan istefa verib. “APA-Sport” agentliyinin məlumatına görə, buna səbəb klub rəhbərliyinin braziliyalı mütəxəssislə yeni müqavilə şərtlərində razılığa gələ bilməməsi olub. “Fənərbaxça”nın prezidenti Əziz Yıldırım bu barədə belə deyib: “Biz Ziko ilə anlaşa bilmədik. Yeni baş məşqçini isə müəyyənləşdirmişik. Onunla həftə ərzində müqavilə bağlayacağıq”.
Qeyd edək ki, A.Ziko 2006-cı ilin iyununda İstanbul komandasına baş məşqçi təyin olunub. 56 yaşlı mütəxəssisin rəhbərliyi altında “Fənərbaxça” 2006-2007 mövsümündə Türkiyə çempionu olub, ötən mövsüm isə Çempionlar Liqasının ¼ finalınadək irəliləməyi bacarıb.

0
0