“Neftçi” iştirak ərizəsini UEFA-ya göndərib
10.06.2008 - 18:01
Bununla belə, komandamız iştirak ərizəsinə əlavələr etmək hüququna malik olduğundan, Slovakiyanın “Nitra” klubu ilə matçın başlanmasına 24 saat qalmış siyahıya daha 15 futbolçunun adını daxil edə biləcək. Yeni transferlərdən ukraynalılar Vladimir Oliferlə Oleq Gerasimyuk və bolqarıstanlı Março Dafçevlə müqavilə rəsmiləşdikdən sonra onların adları siyahıya salınacaq. Bunun üçün həmin legionerlərin transfer vərəqələrinin “Neftçi” klubuna daxil olması vacibdir. Ümumiyyətlə, komanda “Nitra” ilə oyuna tam heyətlə hazırlaşa bilmir. Milliləşən legionerlərdən ukraynalı Aleksandr Çertoqanovla serbiyalı Branimir Subaşiç hazırda vətənlərində istirahət edirlər. Onlarla birgə Azərbaycan yığmasının Bosniya və Herseqovina və Andorra ilə yoldaşlıq görüşlərinə çağırılmış Rəşad Sadıqov, Elnur Allahverdiyev, Rail Məlikov və icarədən qayıdan 23 yaşlı qapıçı Anar Nəzirov da hazırlığa qısa istirahətdən sonra qatılacaqlar. Zaur Tağızadə isə “Nitra” ilə ilk oyunu buraxacaq. Buna səbəb 29 yaşlı yarımmüdafiəçinin cəzalı olmasıdır. Belə ki, onun ötən mövsüm UEFA kubokunun ilkin təsnifat mərhələsi çərçivəsində Avstriyanın “Rid” klubu ilə Bakıdakı cavab görüşündə aldığı qırmızı vərəqə hesabdan silinməyib. Bir oyunluq cəza ilə üzləşən Z.Tağızadə iyunun 28-də Slovakiyada keçiriləcək cavab matçında komandasına kömək edə biləcək. “Neftçi” onun adını UEFA-ya göndərdiyi iştirak ərizəsinə sonradan əlavə edəcək.
Qeyd edək ki, “Neftçi” və “Nitra” arasındakı ilk oyun iyunun 21-də Bakıda, cavab görüşü bir həftə sonra səfərdə keçiriləcək.
Qeyd edək ki, “Neftçi” və “Nitra” arasındakı ilk oyun iyunun 21-də Bakıda, cavab görüşü bir həftə sonra səfərdə keçiriləcək.
0
0