Anatoli Demyanenko: “Tağızadə və Stefanov “Nitra” ilə görüşlərdə oynamayacaq”
11.06.2008 - 17:32
“Tağızadə ötən mövsüm UEFA kubokunda aldığı qırmızı vərəqə ucbatından bir oyunluq cəzalıdır. Bu, onun “Nitra” ilə matçda meydana çıxmayacağı deməkdir. Digər tərəfdən, ötən ay Türkiyədə əməliyyat olunduqdan sonra bərpa prosesi keçir. Eyni sözləri Almaniyada anoloji aqibətlə üzləşən bolqarıstanlı Svetoslav Stefanov haqda da deyə bilərəm. O, hələlik vətənində formasını bərpa etmək üzərində çalışır. Stefanov “Nitra” ilə Bakıdakı oyun öncəsi, iyunun 20-də komandaya qoşulacaq. Bir həftə sonra isə bizi Slovakiyada cavab görüşü gözləyir. Onlar çətin ki “Nitra” ilə səfər qarşılaşmasında bizə kömək etsinlər”. “Nitra” ilə oyuna 17 futbolçu ilə hazırlaşdıqlarını bildirən A.Demyanenko problemlərin olduğunu gizlətməyib. Ukraynalı mütəxəssisi qayğılandıran əsas məqam natamam heyətlə hazırlıq keçmələridir: “Əsas çətinliklərdən biri Azərbaycan milli komandasında çıxış edən futbolçuların məşqlərdən kənarda qalmasıdır. Onlara iyunun 13-dək istirahət vermişik. Ukraynalı Aleksandr Çertoqanovla serbiyalı Branimir Subaşiç həmin vaxt Bakıya qayıdacaqlar. Rəşad Sadıqov zədədən sonra bərpa prosesini sürətlə keçmək məqsədilə artıq məşqlərə qatılıb. Sözsüz ki, tam heyətlə hazırlıq keçməmək öz mənfi təsirini göstərir. Ancaq yığmanın oyunları ilə əlaqədar, habelə, İntertotoda mövsüm tez başladığından belə problemlər gözləniləndir”. A.Demyanenko hazırlıqla yanaşı, “Nitra”nın oyununu izləməyi də vacib sayır: “Rəqib haqda informasiyamız var. Amma rəqibin oyunu olan videokaseti əldə etməyimiz yaxşı olardı. Hazırda bu yöndə iş gedir”.
Qeyd edək ki, “Neftçi” “Nitra” ilə ilk oyunu iyunun 21-də Bakıda keçirəcək.
Qeyd edək ki, “Neftçi” “Nitra” ilə ilk oyunu iyunun 21-də Bakıda keçirəcək.
0
0