Qyoko Hacievski: “Xristov Azərbaycana mənə görə gəlir”
12.06.2008 - 14:47
Hazırda vətənində istirahətdə olan makedoniyalı mütəxəssisin sözlərinə görə, 32 yaşlı Georgi Xristov Azərbaycanda çıxış etməyə razılıq verib: “Həmyerlim ölkədə ən tanınan futbolçulardan biridir. Vaxtilə rəhbərliyim altında oynayıb. Makedoniya milli komandasını üç il çalışdırdığım dövrdə əsas güvəndiyim futbolçulardan olub. Son mövsümü Hollandiyada keçirib və 9 qol vurmaqla yanaşı, bir neçə məhsuldar ötürmə verib. “Den Boş” klubu ilə müqaviləsi başa çatdığından, sərbəst futbolçu kimi özünə yeni komanda axtarırdı. Ona “Bakı” klubunun iddiaları barədə məlumat vermişəm. Növbəti mövsüm həm Azərbaycan çempionluğunu, həm də ölkə kubokunu qazanmaq iddiasındayıq ki, bu işdə Xristovun köməyinə, təcrübəsinə ümid edirik”.
Növbəti həftə Bakıya G.Xristovla birgə gələcəyini istisna etməyən Q.Hacievski futbolçu ilə ilk söhbətinin müsbət yekunlaşdığını söyləyib: “Xristov mənə görə bura gəlməyə hazır olduğunu dedi. Danışıqlar müsbət yekunlaşarsa, onu özümlə Bakıya gətirəcəyəm. Baxışdan keçməyə ehtiyacı olmayan hücumçudur. Onun İngiltərə Premyer Liqasında oyun təcrübəsi var. Bizə məhz belə hücumçu lazımdır”.
Qeyd edək ki, G.Xristov Makedoniya millisində ən çox qol vuran futbolçudur.

0
0