Georgi Çelidze sabah “Neftçi” klubunda məşqlərə başlayacaq
13.06.2008 - 16:46
Bakı. Mehman Süleymanov - APA-Sport. Moskvanın “Lokomotiv” klubunun hücumçusu Georgi Çelidze sabah Bakıya gələcək. “APA-Sport” agentliyinin məlumatına görə, “Neftçi” baxışa çağırdığı 22 yaşlı gürcüstanlı futbolçunu “Olimpik”lə iyunun 16-da keçiriləcək yoxlama matçında sınayacaq. 2005-ci ildə “Lokomotov”ə keçən, son iki mövsümdə isə Luqanskın “Zarya” və Batuminin “Dinamo” klublarında icarə əsasında çıxış edən G.Çelidze son günlərdə Soçidə şəhərində qərarlaşıb. Belə ki, hücumçu müqavilə ilə məxsus olduğu “Lokomotiv”lə birgə təlim-məşq toplanışında hazırlıq keçib. “Neftçi” ölkəmizi təmsil edəcəyi İntertoto kubokunun startınadək G.Çelidzenin taleyinə aydınlıq gətirmək fikrindədir.
- Türkiyə - Rumıniya matçının keçiriləcəyi stadion müəyyənləşib
- "Real" – "Mançester Siti" qarşılaşması bu kanalda
- Pereyra Avropanın diqqət mərkəzində: “Fənərbaxça” və “Qalatasaray” da mübarizəyə qoşuldu
- “Bavariya” qələbə qazandı, 17 yaşlı futbolçusu tarixə düşdü
- “İnter”ə ağır zərbə: Hakan Çalhanoğlu "Liverpul"la matçda zədələndi
0
0