Əvəzedici komandası olmayan klublar Azərbaycan Premyer Liqasına buraxılmayacaq
14.06.2008 - 14:11
Əvəzedici komandası olmayan klublar Azərbaycan Premyer Liqasına buraxılmayacaq
2004-cü ildən “Neftçi”də yer alaraq vitse-prezident postunu tutan 45 yaşlı futbol funksioneri artıq istefa ərizəsi yazıb. Qanunvericiliyə əsasən APFL-in prezidenti hər hansı klubda təmsil oluna bilmədiyi üçün R. Musayev paytaxt klubunu tərk etmək məcburiyyətində qalıb: “Məni vitse-prezident postunda indiyədək klubda bir yerdə işlədiyim, icraçı-direktor vəzifəsində çalışmış İlqar Quluzadə əvəzləyəcək. Gənc olmasına baxmayaraq, onun işin öhdəsindən daha yaxşı gələcəyinə inanıram”. APFL-in strukturu haqda hələ dəqiq məlumat verə bilməyən R. Musayev kadr seçiminə diqqət yetirməyin vacibliyini söyləyib. O, bütün klubların rəhbərləri ilə yaxşı münasibətdə olduğunu, “Neftçi”də çalışdığı üçün ayrı-seçkilik etməyəcəyini vurğulayıb. Həm çempionat, həm də hakimliklə bağlı ciddi dəyişiklik olacağını deyən R. Musayev bunun legionerlərə qoyulan limitə də şamil olunacağını istisna etmir: “Limitlə bağlı dəyişiklik mümkündür. Bu yöndə iş gedir. Yeni mövsümdən Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətlərinin (dubl) çempionatı keçiriləcək. Oyunlar əsas komandaların görüşündən bir saat əvvəl başlayacaq. Görüşə gəlməyən klubun əsas komandasına texniki məğlubiyyət veriləcək. Əvəzedici komandanın olması klublar qarşısında tələb kimi qoyulacaq. Əks təqdirdə, onlar Premyer Liqaya buraxılmayacaq. Birinci divizion da qurumumuza daxil olacaq. Əvəzedicilərlə yanaşı, klubların 17 yaşlı futbolçulardan ibarət komandalarının da çempionatı keçiriləcək. Premyer Liqa və ölkə kuboku uğrunda hər oyundan əvvəl dövlət himnimizin səsləndirilməsi nəzərdə tutulub”.
0