Ramin Musayev: “Legioner limitinin ləğvinə AFFA-nın İcraiyyə Komitəsi qərar verəcək”
15.06.2008 - 12:17
Ramin Musayev: “Legioner limitinin ləğvinə AFFA-nın İcraiyyə Komitəsi qərar verəcək”
APFL başçısı qurumun təsis konfransında bu məsələnin müzakirə olunduğunu bildirib: “Klublarla görüşümüzdə bu məsələnin müzakirəsi gündəmə gəldi. Biz ilk növbədə Azərbaycan futbolunun mənafeyini düşünərək qərar verməliyik. Əgər limitin ləğvi futbolumuza xeyir gətirəcəksə, onda klubların istədiyi qədər legioner oyunçudan istifadə etməsinə icazə veriləcək. Bu məsələyə İcraiyyə Komitəsi yaxın bir həftə ərzində aydınlıq gətirəcək. Burada qəbul olunacaq qərar növbəti mövsümdən etibarən tətbiqi olunacaq”. Qeyd edək ki, Azərbaycan klubları üçün legioner limiti müəyyən vaxtlarda 3, 5, “3+2”, “5+2” olub. Son yarım ildə isə klublar ehtiyatda istənilən sayda əcnəbi oyunçu saxlamaqla meydana 7 legioner buraxa bilirlər.
0