Luis Araqones “Fənərbaxça” klubunu çalışdıracaq
17.06.2008 - 12:28
Luis Araqones “Fənərbaxça” klubunu çalışdıracaq
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin “Fənərbaxça” futbol klubunun yeni baş məşqçisinin adı bəlli olub. “APA-Sport” agentliyinin məlumatına görə, komanda rəhbərliyi İspaniya yığmasını çalışdıran Luis Araqoneslə anlaşıb. Tərəflər arasında iki illik müqavilə bağlanacağı bildirilir. İspaniyanı Avropa çempionatının ¼ finalına yüksəldən 70 yaşlı mütəxəssis bu nüfuzlu yarışdan sonra köməkçiləri ilə birgə İstanbula gələcək. L.Araqones 1974-cü ildə başladığı məşqçi karyerası ərzində İspaniyada Madridin “Atletiko”, Betisin “Real”, “Espanyol”, “Sevilya”, “Valensiya”, “Ovyedo”, “Malyorka” və “Barselona” klublarını çalışdırıb.
Qeyd edək ki, son mövsümdə Superliqa çempionluğunu “Qaslatasaray”a uduzan “Fənərbaxça” braziliyalı baş məşqçisi Artur Zikonu istefaya göndərib.
0