“Bakı” Makedoniya milli komandasının daha bir futbolçusunu transfer etmək istəyir
17.06.2008 - 12:38
“Bakı” Makedoniya milli komandasının daha bir futbolçusunu transfer etmək istəyir
32 yaşlı hücumçu Georgi Xristovla danışıqların hələ yekunlaşmadığını söyləyən 53 yaşlı mütəxəssis Draqan Naçevskinin də komandasında oynamasında maraqlı olduğunu gizlətməyib. 1980-ci il yanvarın 27-də anadan olan hücumameylli yarımmüdafiəçi karyerasının böyük hissəsini “Vardar” klubunda keçirib. 1998-2004-cü illərdə 116 matçda 25 qol vuran D.Naçevski iki dəfə Makedoniya çempionu adını qazanıb. Klubun tarixinə ən titullu məşqçi kimi düşən Q.Hacievski ilə 3 il (2000-2003) “Vardar”ın uğurları üçün çalışan yarımmüdafiəçi 2002 və 2003-cü illərdə ölkə çempionatının qalibi olub. 2004/05 mövsümündə vətənində “Madzari” klubunda çıxış edən D.Naçevski sonrakı illəri Yunanıstanda keçirib. 2005-2007-ci illərdə “Erqotelis”də 68 matça 10, 2007/08 mövsümünün ikinci dövrəsində “Kerkira”da 20 matça 4 qol vurub. 2001-02-ci illər ərzində milli komandaya 10 dəfə dəvət olunan D.Naçevski yalnız 4 qarşılaşmada meydana çıxmaq şansı qazanıb və 1 qol da vurub. 2001-ci il sentyabrın 5-də “Şəfa” stadionunda keçirilən Azərbaycan – Makedoniya görüşündə yarımmüdafiəçi də iştirak edib. DÇ-2002-nin seçmə mərhələsi çərçivəsində keçirilən qarşılaşmada D.Naçevski 71-ci dəqiqədə oyundaşını əvəzləyib.
0