Ümit Davala “Qalatasaray” klubuna qayıdıb
17.06.2008 - 18:17
Bakı - APA-Sport. Türkiyənin 21 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi Ümit Davala “Qalatasaray” klubuna qayıdıb. “APA-Sport” agentliyinin məlumatına görə, Ü. Davala futbolçu karyerası ərzində uzun müddət formasını geydiyi klubda yeni baş məşqçi Mixael Skibbenin köməkçisi olacaq. Əslən Almaniyadan olan 35 yaşlı sabiq oyunçu M. Skibbenin yanında məşqçi kimi təcrübə qazanmaqla yanaşı, baş məşqçiyə Türkiyəyə daha tez uyğunlaşmasına, “Qalatasaray”ı və türk futbolunu daha dərindən tanımasına kömək edəcək.
Qeyd edək ki, Ü. Davala 1973-cü ildə Almaniyanın Manheym şəhərində anadan olub. Türkiyədə “Gənclərbirliyi”, “Diyarbəkirspor” kimi komandalarda oynadıqdan sonra 1995-1996-cı il mövsümündə “Qalatasaray”a keçib. O, “sarı-qırmızılar”ın heyətində 4 dəfə Türkiyə çempionu, UEFA kuboku və Superkubokun qalibi olub. Sağ cinah yarımmüdafiəçisi qısa müddət İtaliyada “Milan” və “İnter”də oynadıqdan sonra Almaniyanın “Verder” klubuna transfer olub. 2003-cü ildə “Verder”in heyətində Almaniya çempionluğunu qazanıb. Üç il sonra isə o, futbolçu karyerasına son qoyub. Ü. Davala 44 dəfə Türkiyə milli komandasının heyətində çıxış edib və 2002-ci ildə keçirilən dünya çempionatının bürünc mükafatçısı olub.

0
0