Azərbaycan futbol yığması Moldovada keçirilən beynəlxalq turnirə heç-heçə ilə başlayıb
18.06.2008 - 10:24
Azərbaycan futbol yığması Moldovada keçirilən beynəlxalq turnirə heç-heçə ilə başlayıb
Bakı. Aqşin Əliyev - APA-Sport. Moldovanın Ternovka şəhərində 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında “FA of Moldova Cup-2008” adlı sayca 9-cu beynəlxalq turnir start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, 6 kollektivin iki qrupda mübarizə apardığı yarışda Azərbaycan yığması da qüvvəsini sınayır. Milli komandamız ilk turda Belarusu sınağa çəkib. Tərəflərin səylərinə baxmayaraq, oyunda hesab açılmayıb - 0:0. Almaniyalı baş məşqçi Bernard Lippertin yetirmələri bu gün Moldovanın birinci komandası ilə qarşılaşacaq. Təqvimə əsasən, yığmamız qrup mərhələsinin son turunda, iyunun 20-də Latviya ilə üz-üzə gələcək. Beynəlxalq turnirə iyunun 21-də yekun vurulacaq.
0