“Qarabağ” Makedoniya yığmasının sabiq kapitanı Artim Şakirini transfer edib
18.06.2008 - 11:37
“Qarabağ” Makedoniya yığmasının sabiq kapitanı Artim Şakirini transfer edib
1996-2006-cı illər ərzində milli komandada 73 matça 15 qol vuran 35 yaşlı hücumameylli yarımmüdafiəçi əvvəllər də Azərbaycana gəlməyə yaxın olub. Müxtəlif vaxtlarda “Olimpik” və “Bakı” klublarının maraq dairəsinə düşüb. Karyerası ərzində vətənində “Vardar” (1993-97, 1998-2000, 2000/01), İsveçin “Halmstad” (1997-98), Almaniyada “Tennis Borussiya” (1999/2000), Sloveniyanın “HİT Qoritsa” (2000-2002) və “Korotan” (2001/02), Türkiyənin “Malatyaspor” (2001/02), Bolqarıstanın MOİK (2002/03), İngiltərənin “Vest Bromviç” (2003-05), Danimarkanın “Olborq” (2005/06), Finlandiyanın “İnter” (2006), Lixtenşteynin “Vaduts” (2006/07), Makedoniyanın “Şkendiya” (2007/08) və Albaniyanın “Besa” klublarında çıxış edib. “Bakı”nın baş məşqçisi olan həmyerlisi Qyoko Hacievskinin rəhbərliyi altında “Vardar”da iki mövsüm keçirən A.Şakiri “Vaduts”da “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Anatoli Ponomaryovla komanda yoldaşı olub. O, “HİT Qoritsa”nın heyətində 2001-ci ildə UEFA kubokunda “Neftçi” ilə Sloveniyadakı cavab görüşündə meydana çıxıb. Makedoniya yığmasının heyətində isə DÇ-2002-nin hər iki seçmə oyununda 90 dəqiqə meydanda olub.
0