İqor Surkis: “Demyanenkoya köməyimizi əsirgəməməyə çalışacağıq”
18.06.2008 - 13:15
İqor Surkis: “Demyanenkoya köməyimizi əsirgəməməyə çalışacağıq”
“Dinamo”nun şərəfini qoruyan Denis Oleynikin “Neftçi”yə transfer olacağı ilə bağlı yayılan məlumata münasibət bildirən İ.Surkis vurğulayıb ki, 22 yaşlı futbolçu özünü hazırkı klubunda sübuta yetirməlidir: “Oleynik əsas heyətdə yer almaq istəyirsə, “Dinamo”da qalmalıdır. Özü də bacarıqlı və istedadlı olduğunu məşqçilər korpusu qarşısında sübuta yetirməlidir”. İ.Surkis vaxtilə “Dinamo”nu çalışdırmış, hazırda flaqmanın baş məşqçisi Anatoli Demyanenko ilə əlaqəsini kəsmədiyini söyləyib. O, ukraynalı məşqçiyə kömək etməyə hazır olduğunu bildirib: “Əlbəttə, Demyanenko ilə münasibətimiz qaydasındadır. Hətta bu yaxınlarda onunla Kiyevdə görüşmüşəm. Biz istənilən vaxt Demyanenkoya və onun kadrlarına köməyimizi əsirgəməməyə çalışacağıq”.
Qeyd edək ki, bu ay “Neftçi” rəhbərliyi İ.Surkisin prezidenti olduğu “Dinamo”dan Oleq Qerasimyuku transfer edib. Digər ukraynalı futbolçu Denis Oleynikə də dəvət göndərdiklərini deyən bakılılar qeyri-müəyyən səbəbdən onunla anlaşa bilməyiblər.
0