Azərbaycan klublarının avrokuboklarda ilk uğuru İntertoto ilə bağlıdır
18.06.2008 - 13:39
Azərbaycan klublarının avrokuboklarda ilk uğuru İntertoto ilə bağlıdır
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubu tarixində ilk dəfə İntertoto kubokunda iştirak edəcək. “APA-Sport” agentliyinin məlumatına görə, bu, həm də bakılıların adıçəkilən turnirdə son çıxışı olacaq. Belə ki, UEFA-nın qərarına əsasən 2008-ci ildə keçirilən İntertoto kuboku sonuncu dəfə təşkil olunur. Ölkəmizin bu yarışdakı son təmsilçisi olan “Neftçi” klubunadək 7 komandamız yarışa qatılıb. Yalnız “Viləş” iki dəfə İntertoto kubokunda iştirak edib. Bu turnirlərdə daha çox Polşa və Moldova təmsilçiləri ilə qarşılaşmalarımız baş tutub ki, hər iki ölkə klubları qarşıdurmaların ikisində də üstün tərəf olub. İntertoto kubokundakı çıxışlar Azərbaycan klublarının avrokuboklar tarixində xüsusi yer tutur. Komandalarımızın qitə kuboklarında ilk dəfə mərhələ keçməsi, həmçinin ilk səfər qələbəsi bu turnir çərçivəsində “Qarabağ”ın hesabına mümkün olub. Avrokuboklar tarixində komandalarımızın penalti seriyasında iştirak etməsi, həmçinin texniki nəticənin qeydə alınması da İntertoto kubokuna təsadüf edib. Azərbaycan klublarının avrokuboklar tarixində yeganə “Böyük beşlik”dən olan rəqibi “Monpelye” ilə qarşılaşmalar da ən zəif qitə turnirində keçirilib. İki dəfə klublarımızın mərhələ keçdiyi İntertoto kubokunda 6 qələbə, 2 heç-heçə və 12 məğlubiyyəti olan təmsilçilərimiz 12 qol vurub, öz qapısından 34-nü buraxıb. Qeyd edək ki, “Neftçi” İntertoto kubokunda debütü iyunun 21-də keçiriləcək “Nitra” (Slovakiya) ilə oyunda rəsmiləşəcək.

mövsüm

komanda

mərhələ

rəqib

hesab

1998/99

“Bakı fəhləsi”

I

“İnkaras” (Litva)

0:1, 1:0, pen – 4:5

1999/2000

“Qarabağ”

I

“Makkabi” (Hayfa, İsrail)

2:1, 0:1

II

“Monpelye” (Fransa)

0:3, 0:6

2000/01

“Viləş”

I

“Zaqlebiye” (Polşa)

0:4 1:3

2001/02

“Viləş”

I

“Qrindavik” (İslandiya)

0:1, 1:2

2004/05

“Xəzər Universiteti”

I

“Kazino” (Avstriya)

+:-, 2:1

II

“Tampere Yunayted” (Finlandiya)

0:3, 1:0

2005/06

“Karvan”

I

“Lex” (Polşa)

1:2, 0:2

2006/07

“MKT-Araz”

I

“Tiraspol” (Moldova)

1:0, 0:2

2007/08

“Bakı”

I

Daçiya” (Moldova)

1:1, 1:1, pen - 1:3



Qeyd: öz meydanında keçirilən oyunların altından xətt çəkilib.
0