Ernani Pereyra “Karvan” klubunda qalacaq
18.06.2008 - 14:21
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Karvan” klubu Azərbaycan milli komandasının sabiq müdafiəçisi Ernani Pereyranı heyətində saxlayacaq. “APA-Sport” agentliyinin məlumatına görə, yevlaxlılar bir müddət əvvəl transferə çıxardığı 30 yaşlı braziliyalının komandada qalmasının tərəfdarıdır. Əvvəllər vətənində “Vila Nova”, “Kruzeyro”, “Quarani”, həmçinin Türkiyənin “Konyaspor” klublarında da çıxış edən E.Pereyra 2005-ci ildə “Karvan”a gəlib. Ölkəmizə ilk gəlişində Yunis Hüseynovun rəhbərliyi altında çıxış edən müdafiəçi Azərbaycan milli komandasına da cəlb olunmuşdu. 2006-cı ilin sonunda Türkiyəyə yollanıb bir müddət “Orduspor”da çıxış etmiş 30 yaşlı futbolçu yarım il əvvəl “Karvan”a qayıtsa da, sonra transferə çıxarılmışdı. Hazırda vətənində olan E.Pereyra ötən mövsümkü heyətdən komandada qalacaq 5-ci oyunçudur.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0