Georgi Nikolov: “Biz Mahir Şükürova etibar etmirik”
18.06.2008 - 15:54
Ötən yay “İnter”in transfer etdiyi M.Şükürov qış fasiləsində “Xəzər-Lənkəran”a keçsə də, mövsüm bitəndən sonra yenidən klubunu dəyişir. G.Nikolov bildirib ki, 26 yaşlı müdafiəçinin səviyyəsinin yüksək olmasına şübhə etmir: “Sadəcə, problem onun bir yerdə qərarlaşa bilməməsində, tez-tez klub dəyişməsindədir. Qışda “Xəzər-Lənkəran”a keçmək istədi, biz də ona mane olmadıq. İndi komandamıza qayıdıb sonradan getmək fikrinə düşsə, bu zaman infarkt keçirəcəyəm. Bunu insanın ağlını başından çıxaran hərəkət sayıram”.
“İnter” klubunun baş məşqçisi Valentin Xodukin isə “APA-Sport” agentliyinə açıqlamasında müdafiəçinin çılğın olduğunu bildirib: “Mahirdə Qafqaz temperamenti nəzərə çarpır ki, bu xüsusiyyətin ona meydanda köməyi də dəyir. O, qışda “Xəzər-Lənkəran”a keçən zamanı yanıma gəlib, “mən çempion olmaq istəyirəm” dedi. Dedim ki, mən də bunu istəyirəm, buyur get. Amma sonda “Xəzər-Lənkəran” yox, “İnter” çempion oldu. Komandamızın qapıları bütün alicənab insanların üzünə açıqdır. Mahir ilk növbədə “Xəzər-Lənkəran”la müqavilə məsələsini həll etməlidir. Futbolçu sərbəst olandan sonra onun keçidi daha real görünür”.
Qeyd edək ki, “Xəzər-Lənkəran”ın transferə çıxardığı M.Şükürovla hələ bir illik müqaviləsi var.

0
0