“Neftçi” “Nitra” ilə cavab matçına Hollandiyada hazırlaşacaq
18.06.2008 - 16:16
“Neftçi” “Nitra” ilə cavab matçına Hollandiyada hazırlaşacaq
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycanı İntertoto kubokunda təmsil edəcək “Neftçi” klubu Hollandiyaya gedir. “APA-Sport” agentliyinin məlumatına görə, dörd qat Azərbaycan çempionu Slovakiyanın “Nitra” klubu ilə iyunun 28-də səfərdə keçiriləcək cavab görüşünə bu ölkədə hazırlaşacaq. İlk matçını iyunun 21-də Bakıda keçirəcək “Neftçi” bundan sonra ölkə xaricinə çıxacaq. Anatoli Demyanenkonun çalışdırdığı komanda “Nitra” ilə səfər qarşılaşmasına az qalmış Slovakiyaya gedəcək. Hollandiyadakı təlim-məşq toplanışının vaxtı “Nitra” ilə təkrar oyunun nəticəsindən asılı olmayacaq. Belə ki, komandamız ikinci mərhələyə çıxacağı halda, Belçikanın “Jerminal” klubu ilə görüşəcək və ilk matçı səfərdə keçirəcək. Toplanış ümumilikdə iki həftə çəkəcək. “Neftçi” İntertotoda çıxışını ilk mərhələdə dayandıracağı halda da, bu ölkədə daha bir həftə qalacaq.
0