Artim Şakiri “Qarabağ” klubunda 251 manat maaş alacaq
18.06.2008 - 16:48
Artim Şakiri “Qarabağ” klubunda 251 manat maaş alacaq
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Hasan Şaşın meneceri bizdən vaxt istədi. Lakin bizim onu gözləmək imkanımız yox idi”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl deyib. Türkiyəli klub rəsmisi komandanın yeni transferi makedoniyalı Artim Şakirinin təqdimat mərasimində Hasan Şaşla bağlı fikirlərini də bildirib: “Mən çox istəyirdim ki, Hasanı “Qarabağ”a transfer edək. Lakin onun “Qalatasaray” klubu ilə müddəti bitməyən müqaviləsi var. Belə olan halda, onun menecerləri məsələni yoluna qoymaq üçün vaxta ehtiyac olduğunu bildirdi”. Həmyerlisinin baş tutmayan transferi haqda danışan T.Gözəl makedoniyalı ilə bağlı suala cavab verməkdən imtina edib. Belə ki, futbolçunun müqaviləsində əməkhaqqının göstərilən məbləğinin nə dərəcədə həqiqəti əks etdirməsinə klub rəsmisi cavab verə bilməyib. Makedoniya milli komandasının sabiq oyunçusunun cəmi 251 manat əməkhaqqı alacağı göstərilib.
0