“Sportinq” klubunun sabiq futbolçusu “Bakı”ya gəlir
18.06.2008 - 17:35
“Sportinq” klubunun sabiq futbolçusu “Bakı”ya gəlir
Bakı. Mehman Süleymanov - APA-Sport. “Bakı” klubu Moldova yığmasının futbolçusu Aleksey Savinovu baxışa çağırıb. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən klubun baş meneceri Zeynal Məmmədovun sözlərinə görə, 29 yaşlı müdafiəçi iyunun 23-də həmyerlisi Vadim Boretslə Azərbaycana gələcək. A.Savinovun oyununu komandanın baş məşqçisi Qyoko Hacievski də bəyənib. Moldovalı futbolçu həm müdafiənin mərkəzində, həm də önündə, dayaq yarımmüdafiəçisi kimi də çıxış edə bilər. Vaxtilə “Neftçi” komandasının da maraqlandığı A.Savinov son iki ildə vətənində, Kişinyovun “Zimbru” klubunda forma geyinib. Moldovada “Viktoriya”, “Olimpiya”, “Sportinq”də oynayan A.Savinov 2001-2006-cı illərdə ölkədən kənarda - Zaporojyenin “Metallurq”, Lutskun “Volın” və Ujqorodun “Zakarpatye” klubunda çıxış edib. 2003/04 mövsümündə 4 oyun keçirdiyi “Volın”da Tərlan Əhmədov, Kamal Quliyev, Samir Əliyev və Fərrux İsmayılovla komanda yoldaşı olub.
Qeyd edək ki, V.Boretslə yanaşı, xorvatiyalı qapıçı Marko Sarilya, bolqarıstanlı müdafiəçi Aleksandr Tamaş, braziliyalı yarımmüdafiəçi Fabio Luis Ramimi transfer edən “Bakı” Ramazan Abbasovla Ramal Hüseynovu da komandaya qaytarıb.
0