“Neftçi” Georgi Çelidzeni Moskvanın “Lokomotiv” klubundan icarəyə götürür
19.06.2008 - 17:49
“Neftçi” Georgi Çelidzeni Moskvanın “Lokomotiv” klubundan icarəyə götürür
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycanı İntertoto kubokunda təmsil edəcək “Neftçi” klubu baxışa çağırdığı hücumçu Georgi Çelidzeni heyətində saxlayır. “APA-Sport” agentliyinin məlumatına görə, ukraynalı baş məşqçi Anatoli Demyanenko “Olimpik”lə yoxlama matçında rəqib komandanın heyətində sınanan 22 yaşlı gürcüstanlı futbolçunu bəyənib. Flaqman qış fasiləsində estoniyalı yarımmüdafiəçi Dmitri Kruqlov kimi, müqavilə ilə Moskvanın “Lokomotiv” klubuna məxsus olan G.Çelidzeni də icarəyə götürür. Bununla bağlı rusiyalılarla danışıqları müsbət yekunlaşdıran “Neftçi” hücumçunun xidmətindən İntertotoda yararlanmaq fikrindədir. Bunun üçün futbolçunun keçid məsələsini həll etmək, ən əsası, transfer vərəqəsinin gəlib çıxması lazımdır. “Neftçi” “Lokomotiv”lə 2012-ci ilə kimə müqaviləsi olan G.Çelidzeni sifariş edə bilməsə, onu “Nitra” klubu ilə iyunun 28-də Slovakiyada keçiriləcək cavab görüşündə oynada bilməyəcək. Çünki UEFA iştirak ərizələrində növbəti əlavə və dəyişiklərə ikinci mərhələ oyunları zamanı icazə verir.
0